İlhamə Quliyeva. - Kaman -

Опубликовано: 03 Май 2022
на канале: Retro Azərbaycan
1,635
28

"Harda qaldın?"

Söz: Xanım İsmayılqızı
Mus: Faiq Sücəddinov
İfa: İlhamə Quliyeva, 1996

1.
Bax,
Yenə hicran...
Ayrılıq necə gəldi bizdən xəbərsiz?
Gəl,
Yandım aman,
Deyirdin ki, yaşaya bilməzsən mənsiz.

Kaman ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısında.
Qəlbim odlarda alışıb, yanır
Yer ilə göyün arasında.

Nəqarət:
Harda qaldın, gəlmədin?
Sevirəm deyirdin...
Yəqin, belə yazılıb bəxtim...

Kaman ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısında.
Qəlbim odlarda alışıb, yanır
Yer ilə göyün arasında.

2.
Kaş,
Ötən günlər
Geri dönəydi bircə göz qırpımında.
Kaş,
Keçən günlər
Dadıma çataydı ömrümün son anında.

Kaman ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısında.
Qəlbim odlarda alışıb, yanır
Yer ilə göyün arasında.

3.
Gəl,
Həsrətim, gəl.
Bilməzdim, ayrılacaqdıq bir gün axır.
Gəl,
Taleyim, gəl,
Ürəyim son görüşçün yaman darıxır.

Kaman ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısından.
Qəlbim odlarda alışıb, yanır
Yer ilə göyün arasında.